Nov 15, 2018 18:07 Asia/Baku
  • İraqçı: Avropa öz iqtisadi öhdəliklərinə əməl etməlidir

İran xarici işlər nazirinin siyasi müavini vurğulayıb: Tehran nüvə anlaşması çərçivəsində öz öhdəliklərinə əməl edib və qarşılıqlı olaraq, Avropa Birliyindən də gözləyir ki, siyasi öhdəliklərə əməl etməyin kənarında öz iqtisadi öhdəliklərini də yerinə yetirsin.

İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas İraqçı bu gün Romada İran və İtaliya xarici işlər nazirləri müavinlərinin siyasi-məşvərət mexanizmi iclasında bildirib ki, Amerika nüvə anlaşmasından çıxmaqla əslində BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozubdur. O, deyib: Amerika nüvə anlaşmasından çıxmaqla kifayətlənməyib və dünyanın digər ölkələrini də 2231 saylı qətnaməni pozmağa təşviq edir.

İran xarici işlər nazirinin siyasi müavini əlavə edib: Nüvə anlaşması bir təhlükəsizlik və yayılmama anlaşmasıdır və Amerikanın nüvə anlaşmasından çıxması beynəlxalq quruluşu, region və Avropanın təhlükəsizliyini problemlə üzləşdiribdir.

İraqçı İtaliyaya birgünlük səfərində bu ölkənin bir qrup rəsmisi ilə görüşməlidir.

Teqlər

Şərhlər