• Laricani: İranla İraq arasındakı əlaqə sarsılmazdır
    Laricani: İranla İraq arasındakı əlaqə sarsılmazdır

İran İslam Şurası Məclisinin sədri dünən gecə Tehranda İraq prezidenti Bərhəm Salih ilə görüşdə vurğulayıb ki, iki ölkə təbii surətdə bir-birinə bağlanıbdır. O, deyib ki, İranla İraq arasındakı əlaqə sarsılmazdır.

Əli Laricani İraq prezidentinin İrana səfərini qarşılıqlı əlaqələrin genişləndirilməsində bir dönüş nöqtəsi adlandırıb və qeyd edib ki, bəziləri iki ölkənin bağlarını qırmaq üçün əbəs cəhd göstərirlər.

İran-İraq əlaqələrini tarixi, dostcasına və inkişafa doğru irəliləyən əlaqələr adlandıran İran İslam Şurası Məclisinin sədri deyib: İki ölkənin iqtisadi və ticari əlaqələrinin gücləndirilməsi ilə, iki xalqın maraqları çərçivəsində ikitərəfli əməkdaşlıqlar üçün yeni fürsətlər yaranacaqdır.

Laricani sonra İran, İraq və Türkiyənin region məsələlərinin həllindəki rollarını zəruri adlandırıb və qeyd edib ki, terrorizmlə mübarizə sahəsində İran, Rusiya, Türkiyə, Əfqanıstan və Pakistan parlamentləri arasında bir komitə yaradılıbdır ki, Tehran İraqın da bu qrupa qoşulacağına ümid edir.

Suriya böhranına toxunan İran İslam Şurası Məclisinin sədri bildirib ki, İraq Suriya böhranının həllində mühüm rol oynaya bilər.

İraq prezidenti də İranda olmasından məmnunluq ifadə edərək, vurğulayıb ki, İraq bütün sahələrdə İranla əlaqələrin genişləndirilməsini istəyir. 

Bərhəm Salih İran İslam Respublikası rəsmiləri ilə görüşmək məqsədilə dünən yüksək səviyyəli bir nümayəndə heyəti ilə Tehrana daxil olubdur.

Teqlər

Nov 18, 2018 12:20 Asia/Baku
Şərhlər