Nov 28, 2018 09:50 Asia/Baku
  • Salehi: ƏMTP-dən faydalanmayacağımız təqdirdə zəngilləşdirmə 20 faizə qayıdacaq
    Salehi: ƏMTP-dən faydalanmayacağımız təqdirdə zəngilləşdirmə 20 faizə qayıdacaq

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Avropa Birliyinin yüksək səviyyəli diplomatlarına xəbərdarlıq olunub ki, İranın Avropanın neft ticarətinin saxlanılması üçün öz öhdəliklərini yerinə yetirməsinə dair səbri tükənməkdədir.

Əli Əkbər Salehi dünən Brüsseldə AB-nin xarici siyasət koordinatoru Federika Moqerini ilə görüşündən sonra deyib: İran nüvə razılaşmasının iqtisadi mənafeyindən faydalanmazsa İran İslam Respublikası uranın 20 faizlik zənginləşdirilməsi əməliyyatını yenidən başlaya bilər. 

İİR AET-in sədri deyib: Neftimizi sata bilməyəcəyiksə və maliyyə sövdələşmələrdən mənafe qazanmayacağıqsa nüvə sazişində qalmağın xeyirimizə olacağını düşünmürəm. 

Salehi bu barədə Moqeriniyə xəbərdarlıq etmiş olduğunu bildirərək deyib: İran xalqının səbrinin həddi var və bu hədd daha da daralır, biz planlaşdırılmış zaman cədvəlindən keçməkdəyik bu cədvələ görə bir neçə ayadək həll olunmalı idi. 

İranın Atom Enerjisi Təşkilatının sədri İran ilə Avropa Birliyi arasında nüvə əməkdaşlıqları seminarında iştirak etmək üçün Brüsseldə səfərdədir. 

Salehi bu gün nüvə texnologiyası nazirlərinin konfransında iştirak üçün Brüsseli Vyanaya doğru tərk edəcək.

Bu konfrans Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bütün üzvlərinin o sıradan 30-dan çox nazirin iştirakı ilə bu gün öz işinə başlayacaq. 

Teqlər

Şərhlər