Dec 03, 2018 20:48 Asia/Baku
  • Qasımi: İran-Avropa Birliyi maliyyə mexanizmi üzərində iş gedir
    Qasımi: İran-Avropa Birliyi maliyyə mexanizmi üzərində iş gedir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran və Avropa Birliyi arasındakı maliyyə mexanizmi olan SPV ilə bağlı çalışmalar davam edir və İslam Respublikasının bu xüsusdakı gözləntiləri tam aydındır.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bazar ertəsi günü yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransında İran və Avropa Birliyi arasındakı maliyyə mexanizmi SPV haqda deyib: Müəyyən səbəblərə görə, bu mexanizmin çərçivəsi tam olaraq formalaşmayıb. Tehran qarşı tərəfin bu  məsələdə ciddi və qətiyyətli davranmasını, iki tərəf arasındakı maliyyə mexanizminin tez bir zamanda icraya qoyulmasını istəyir.

Bəhram Qasımi Avropa Birliyinin ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra, öz öhdəliklərinin icrasında təxirə yol verməsinə gəlincə deyib: Maliyyə mexanizminin icra prosesi zamana ehtiyaclıdır. Mürəkkəb bir mövzu olması ilə yanaşı, ABŞ-ın təzyiqləri bəzi maneələr yaradır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İranın raket proqramı əleyhinə yeni təbliğatları və ABŞ Dövlət Deportamentində anti-İran qrupunun sədri Brayan Hukun İran əleyhinə hərbi seçimdən istifadə ehtimalından söz açması haqda da deyib: Bu amerikalı rəsminin zaman-zaman verdiyi uşaqcasına açıqlamalar, kökündən yalan və əsassız olduğu üçün, münasibət bildirəcək dəyərə malik deyil.

Qasımi həmçinin deyib: Müdafiə potensialının artırılması İran İslam Respublikasının müdafiə siyasətinin bir parçasıdır və heç kim İrana öz müdafiə qüdrətini artırmağı qadağan edə bilməz.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: ABŞ-ın region ölkələrini müxtəlif növ dağıdıcı silahlar verdiyi və regionda gərginlik yaradan siyasətlər yürütdüyü bir şəraitdə, digər ölkələrə müdafiə qüdrətlərinə dair hansısa tövsiyə verəcək mövqedə deyil.

Qasımi həmçinin deyib: İrana qarşı hərbi seçimdən istifadə barədə səsləndirilən fikirlər istifadə müddəti başa çatmış, köhnəlmiş fikirlərdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İrana qarşı təhdidlərinin artmasına gəlincə isə deyib: Vaşinqtonun İrana qarşı təhdidləri yeni məsələ deyil. "İranofobiya" və İranı zəiflətməyə cəhd göstərmək ABŞ-ın aydın siyasətlərindən biridir və İslam İnqilabının qələbə çalmasından sonra daim gündəmdə olub.

Bəhram Qasımi İranın Teleradio Təşkilatının Sərhədaşırı Yayım Xidmətinin müxbirinin Əfqanıstan böhranı ilə bağlı beynəlxalq Cenevrə iclası haqda verdiyi sualın cavabında isə deyib: İran daim Əfqanıstanda sülh və sabitliyin bərqərar edilməsində əməkdaşlığa hazır olduğunu bildirib və heç şübhəsiz Əfqanıstan hökuməti İranın müsbət rolundan agahdır.

Teqlər

Şərhlər