Dec 04, 2018 13:49 Asia/Baku
  • Zərif: İran-Aİ maliyyə kanalının əsas mehvəri neft satışıdır
    Zərif: İran-Aİ maliyyə kanalının əsas mehvəri neft satışıdır

İran İslam Respublikasının xarici işlər naziri deyib: neft satışı İran ilə Avropa İttifaqı arasındakı maliyyə kanalının əsas mehvəridir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif neft satışının İran ilə Aİ arasındakı maliyyə mexanizmi olan SPV-dən çıxarılmasına dair Röyters tərəfindən edilən iddiaya cavab olaraq deyib: Xalq arasında ümidsizliyin formalaşdırılması üçün bəzi təbliğatlara başlanılıb. 

Zərif İran və nüvə anlaşmasında qalan ölkələr arasındakı müzakirələr haqda da deyib: Avropalılar bu mexanizmi ilk addım ilaraq icraya qoymalı idilər. Və İndiyə kimi bu istiqamətdə müəyyən addımlar da atıblar. Amma, Avropalılar təhlükəsizliklə bağlı nigaranlıqların aradan qaldırılmasının xərcini ödəmədən, nüvə anlaşmasından faydalanmağa çalışırlar. Bu isə qeyri-mümkündür. 

Teqlər

Şərhlər