• Ruhani: Düşmənlər İranın izzətinə dözə bilmirlər
    Ruhani: Düşmənlər İranın izzətinə dözə bilmirlər

İran prezidenti deyib ki, islami quruluşun düşmənləri İran xalqının qarşısında baş əyməyə məcburdurlar. O, belə qeyd edib: Düşmənlər əsəbidirlər və İranın izzətinə dözə bilmirlər.

İran prezidenti Həsən Ruhani bu gün Semnan vilayətinin idarə şurasında deyib: Sanksiya şəraitində təhdidi fürsətə çevirmək lazımdır.

Ruhani əlavə edib: İran xalqı sanksiyanı yaxşı şəkildə tanıyır, təzyiq və sanksiyaların mənasını bilir.

İran prezidenti söyləyib: Düşmənlər Əfqanıstan, İraq, Suriya və Livanda öz məqsədlərinə çatmayıblar və Yəməndə də hədəflərinə çatmayacaqlar.

Ruhani əlavə edib: Qəti şəkildə İran Avropadan və Yaxın Şərqin digər ölkələrindən daha əmin-amandır və İranın hərbi, polis və təhlükəsizlik qüvvələri bu sahədə əllərindən gələni edirlər.

İran prezidenti deyib: İranın müdafiə qüdrəti müzakirəolunası deyil və əgər Avropa ölkələri İranın müdafiə qüdrəti barədə bir söz demək istəyərlərsə, bizim onlarla danışılacağı sözümüz yoxdur.

Teqlər

Dec 05, 2018 20:49 Asia/Baku
Şərhlər