• İranın rabitə və informasiya texnologiyaları naziri İCT sahəsində güclü bir məntəqənin yaradılmasına təkid etdi

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri texnologiyalar sahəsində güclü bir məntəqənin yaradılmasına təkid etdi.

İRİB-nin verdiyi məlumata görə, "Bakutel-2018" 24-cü Azərbaycan Telokommunikasiya, Rabitə və Yüksək Texnologiyalar sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi çərşənbə günü axşam deyib: 4 dekabrda Bakıda baş tutan Azərbaycan, Türkiyə və Rusiyanın rabitə nazirləri ilə birgə dörd tərəfli iclasda qərara alındı ki, rabitə və informasiya texnologiyalar sahəsində güclü bir məntəqəyə çevrilək.

İranın rabitə və informasiya texnologiyaları naziri daha sonra Azərbaycan, İran, Türkiyə və Rusiyadan olan istedadlı və bacarıqlı gənclərin iştirakı ilə müştərək bir regional mərkəzin yaradılması və rabitə və informasiya texnologiyaları sahəsində daha artıq əməkdaşlığa və təcrübə mübadiləsinə malik ola bilmələri üçün onlara lazımi təlimlərin keçilməsi haqda razılığın əldə olunmasına işarə edib və deyib: Bakıda baş tutan dörd tərəfli iclasda qərara alındı ki, hər bir ölkənin 500 min dollarlıq sərmayə qoyuluşu ilə rabitə və informasiya texnologiyaları sahəsində informasiya və təcrübələrin mübadilə edilməsi mərkəzi yaradılsın və bununla da bu sahədə fəaliyyət göstərən gənc istedadlara daha artıq əməkdaşlıq fürsəti verilsin.

Azəri Cəhromi bütün region ölkələrinin əl-ələ verərək, rabitə və informasiya texnologiyaları sahəsində daha çox inkişaf etməli olduğunu vurğulayıb və deyib: İran indiyə kimi informasiya texnologiyalarının inkişafı üzrə lazımi baza və infrastrukturların  yaradılmasına 5 milyard dollardan çox vəsait ayırıb. Amma, bu kafi deyil və digər region ölkələri də İran ilə yanaşı bu sahənin in kişafına diqqət ayırmlı və bu sahədəki geriliyi aradan qaldıraraq, boşluqları doldurmalıdırlar.

Teqlər

Dec 06, 2018 15:18 Asia/Baku
Şərhlər