• İranın Daxili İşlər Nazirliyi: Çabaharda vəziyyət nəzarət altındadır

İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin Baş Sərhəd İdarəsinin müdiri Çabəharda törədilən terror aktının ardınca deyib: Çabaharda təhlükəsizlik təmin edilib və vəziyyət normaldır.

Bu gün cümə axşamı bir terrorçu kamikadze İranın cənub-şərqində, Sistan və Bəluçestan vilayətində yerləşən Çabahar şəhərində, idarə etdiyi "pikap" avtomobili ilə polis qərargahına hücum edib. Bomba və partlayıcı maddə yükünə malik olan "pikap"ın partladılması nəticəsində 2 nəfər şəhid olub, 28 nəfər də xəsarət alıb. 

İRNA-nın məlumatına görə, İranın Daxili İşlər Nazirliyinin Baş Sərhəd İdarəsinin müdiri Şəhriyar Heydəri deyib: Terrorçu kamikadzenin məqsədi Çabahar polis qərargahına ziyan yetirmək olub. Amma, təhlükəsizlik qüvvələrinin vaxtında reaksiya verməsi ilə terrorçu kamikadze öz məqsədinə çata bilməyib və idarə etdiyi avtomobili partladıb. 

Ş.Heydəri əlavə edib: Bu terror aktı bir nəfər tərəfindən törədilib və o da hadisə zamanı həlak olub. Hələ ki, heç bir qrup bu terror aktının məsuliyyətini üzərinə götürməyib. 

 

Teqlər

Dec 06, 2018 18:00 Asia/Baku
Şərhlər