• Sepah-ın sözçüsü: Çabahar terror aktını törədənləri ağır cəza gözləyir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın sözçüsü cümə axşamı İranın cənub-şərqində, Çabaharda baş vermiş terror aktının sifarişçiləri və icraçılarının kimliyinin üzə çıxardılaraq, onların ən ağır formada cəzalandırılacaqlarını deyib.

Cümə axşamı bir terrorçu kamikadze İranın cənub-şərqind, Sistan və Bəluçestan vilayətində yerləşən Çabahar şəhərində, bomba və partlayıcı maddələrlə dolu olan bir "pikap" avtomobili ilə polis qərargahına hücum edib. Bu terror hücumunda 2 nəfər şəhid olub, 28 nəfər də xəsarət alıb. Hadisəni törədən terrorçu da həlak olub. 

İRİB-nin verdiyi məlumata görə, Sepah-ın sözçüsü Ramazan Şərif deyib: Bu terror hücumunun cavabımız ağır olacaq. Onlar savaş meydanında ağır tələfat verməklə yanaşı, terrorçulara dəstək verən və onları istiqamətləndirənlər də cəzalandırılacaqlar. 

Sepah-ın sözçüsü əlavə edib: Terrorçu qruplaşmalar əsasən Ərəbistan kimi bəzi xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığa malikdirlər. Və davamlı olaraq İranın sərhəd məntəqələrində gərginlik törətməyə cəhd göstərirlər. 

O, ABŞ-ın İrana qarşı hərbi və qeyri-hərbi təhdidlərinə də işarə edib və deyib: İslam İnqilabının qələbə çalmasından sonra İran davamlı olaraq İranın ən mürəkkəb hərbi və qeyri-hərbi planları ilə üzləşib və onları uğursuzluğa uğradıb. 

Teqlər

Dec 06, 2018 18:00 Asia/Baku
Şərhlər