• İİR XİN sözçüsü Çabahar terror aktını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu gün İranın cənub şərqində Çabahar şəhərində törədilmiş terror aktını pisləyib.

Cümə axşamı bir terrorçu kamikadze İranın cənub-şərqind, Sistan və Bəluçestan vilayətində yerləşən Çabahar şəhərində, bomba və partlayıcı maddələrlə dolu olan bir "pikap" avtomobili ilə polis qərargahına hücum edib. Bu terror hücumunda 2 nəfər şəhid olub, 28 nəfər də xəsarət alıb. Hadisəni törədən terrorçu da həlak olub. 

İİR XİN sözçüsü Bəhram Qasimi deyib: Bəzi ölkələrin qucağında və regiondakı ifratçılıq mərkəzlərində boya-başa çatmış terrorçular  bu gün Çabahar iqtisadiyyat zonasında növbəti anti-bəşəri hərəkətə əl atdılar və beləliklə destabillik təsəvvürü yaradaraq region ölkələrinin birgə əməkdaşlığı ilə İranın şərqi sərhədlərində təhlükəsizlik və sabitliyin eləcə də iqtisadi inkişafın istiqamətində gedən təşəbbüslərə kölgə salmağa cəhd göstərdilər.

Qasimi deyib: Heç şübhəsiz ki, məlum mərkəzlərin əmrində olan zorakılar və ölüm saçanlar tezliklə bu cinayətin bədəlini ödəməli olacaqlar.

Teqlər

Dec 06, 2018 20:29 Asia/Baku
Şərhlər