• Namdar Zəngənə: Hazırkı şəraitdə neft hasilatının azaldılması İranın qırmızı xəttidr

İranın neft naziri deyib: İranın hazırkı şəraitdə neft hasilatının azaldılmasında iştirak etməsi İran İslam Respublikasının qırmızı xəttidir.

İranın neft naziri Bijən Namdar Zəngənə dünən Vyanada OPEK üzvlərinin iclasının kənarında Amerikanın CNBC telekanalı ilə müsahibədə əlavə edib: Son aylarda İran daha çox neft istehsal etməyib və bu vəziyyəti idarə etmək İranın vəzifəsi deyildir.

İranın neft naziri deyib: Daha çox neft istehsal edərək, bazarı dağılmağa düçar etmiş ölkələr indiki şəraiti idarə etməlidirlər və İran bu vəziyyətin qarşısında heç bir məsuliyyətə malik deyildir.

Namdar Zəngənə vurğulayıb: İran neft istehsalının azaldılması barədəki hər cür qərardan azad edilməlidir.

Dec 07, 2018 11:38 Asia/Baku
Şərhlər