Dec 07, 2018 13:24 Asia/Baku
  • ABŞ senatının üzvü Səudiyyə səfirinin qovulmasına çağırıb

ABŞ senatında Demokrat Partiyası fraksiyasının sədr müavini Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinin qovulmasına çağırıb.

İRNA-nın verdiyi məlumata görə, Dik Dorbin dünən öz tvitter səhifəsində Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın jurnalist Camal Qaşıqçının qətlindəki roluna toxunaraq deyib: Səudiyyə səfiri rəsmən ABŞ-dan qovulmalıdır.

ABŞ mediyalarının bildirdiklərinə görə, Səudiyyə Ərəbistanının Amerikadakı səfiri, Məhəmməd Bin Salmanın kiçik qardaşı Xalid Bin Salman Qaşıqçının qətli planından xəbərdar imiş və bu artıq sübut olunub. 

 

Teqlər

Şərhlər