• İran OPEC-in istehsalı azaltmaq qərarından istisna edilib

İran İslam Respublikası neft ixrac edən ölkələr təşkilatının(OPEC) üzvləri və qeyri-OPEC ölkələrinin bazarda əlavə təqdimi məhdudlaşdırmaq və neftin qiymətini yaxşılaşdırmaq məqsədi ilə istehsalı azaltmaq barədə razılaşmasından istisna edilib.

OPEC üzvləri öz istehsallarını gündəlik 800 min barrel, qeyri-OPEC ölkələri isə gündəlik 400 min barrel azaltmaq barədə razılaşıblar.

Bu məlumata görə, İran, Venesuela və Liviya bu razılaşmadan istisna ediliblər.

İranın neft naziri Bijən Namdar Zəngənə Vyanaya daxil olarkən bildirmişdi ki, İran sanksiyalara məruz qaldığına görə istehsalın azaldılması üzrə razılaşmaya daxil olmayacaq.

OPEC-in 175-ci iclası bu gün də Vyanada davam etdirildi və üzv və qeyri-üzv ölkələrin nazirlərinin iki tərəfli görüşləri də keçirildi.

Teqlər

Dec 07, 2018 20:23 Asia/Baku
Şərhlər