Dec 08, 2018 13:30 Asia/Baku
  • İran parlamentinin sədri: Amerikalılar insan haqlarına sövdələşmə vasitəsi kimi baxır
    İran parlamentinin sədri: Amerikalılar insan haqlarına sövdələşmə vasitəsi kimi baxır

İranın İslami Şura Məclisinin sədri deyib:ABŞ prezidentinin unilateralizmi təhlükəlidir və bu rəftarlar ABŞ dövlətinin insan haqları mövzusuna alış-veriş vasitəsi kimi baxdığını göstərir.

İRİB-in verdiyi məlumata görə, Əli Laricani altı ölkənin parlament sədrlərinin Tehranda terrorizmə qarşı keçirilən ikinci iclasında deyib: ABŞ perzidenti Donald Tramp hüquq mühafizə qurumlarını məhv edib və ölkələri məyus edib. 

Laricani Amerika və bəzi ölkələrin terrorizm ilə mübarizə iddiasında olduqlarını əməldə isə terrorizmdən vasitə kimi faydalandıqlarını xatırladaraq deyib: Bu kimi davranışlar region ölkələrinin terrorizm ilə mübarizə üçün regional sistem yaratmalarına səbəb olub və bunun bariz nümunəsi İran, Türkiyə və Rusiyanın Suriya barədəki əməkdaşlıqlarıdır ki böyük uğurlar da qazanıb. 

İİR parlament sədri deyib: Amerikanların unilateralist hərəkətlərinin şahidi olan dünyada Təhlükəsizlik Şurası və məsuliyyət daşıyan qurumlar da öz vəzifələrini yerinə yetirmirlər. Misal üçün İraq, Suriya və Liviya məsələlərində eləcə də Amerikanın Rusiya və İrana qarşı birtərəfli sanksiyalarında TŞ-nin qərarı yoxdur və bu şura ona qarşı reaksiya göstərmir. 

İran, Pakistan, Türkiyə, Çin, Rusiya və Əfqanıstanın parlament sədrlərinin terrorizm ilə mübarizə və region daxili əlaqələrin gücləndirilməsi adı altındakı ikinci iclası bu gün Tehranda öz işinə başlayıb. 

Teqlər

Şərhlər