• İran və Rusiya iqtisadi əlaqələrin genişləndirilməsinə təkid etdilər
    İran və Rusiya iqtisadi əlaqələrin genişləndirilməsinə təkid etdilər

İranın energetika naziri və Rusiya Dövlət Dumasının sədri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə təkid ediblər.

İRİB-nin verdiyi məlumata görə, İranın energetika naziri Rza Ərdəkaniyan şənbə günü Tehranda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşdə deyib: İki ölkə arasında çox yaxşı siyasi əlaqələrin olduğunu nəzərə alaraq, iqtisadi əlaqələrin də inkişaf etidirlməsi lazımdır. 

Rusiya Dövlət Dumasının sədri Tehranda keçirilən 6 Asiya ölkəsi o cümlədən İran, Rusiya, Türkiyə, Pakistan, Çin və Əfqanıstanın parlament sədrlərinin ikinci iclasında iştirak etmək üçün İrana səfər edib. 

Teqlər

Dec 08, 2018 22:14 Asia/Baku
Şərhlər