• Tehran iclasının yekun bəyanatı
    Tehran iclasının yekun bəyanatı

İran, Türkiyə, Rusiya, Çin, Pakistan və Əfqanıstanın parlament sədrlərinin Tehranda keçirilən iclasının sonunda qəbul edilən bəyanatda terrorizm ilə mübarizədə birgə əməkdaşlığa təkid edilib.

6 Asiya ölkəsi parlament sədrlərinin Tehranda keçirilən ikinci iclasının sonunda qəbul edilən yekun bəyanatda deyilir: BMT terrorizm ilə mübarizədə beynəlxalq əməkdaşlıqların asanlaşdırılmasında başlıca rol oynayır. 

Bəyanatın davamında İran, Türkiyə, Rusiya, Çin, Pakistan və Əfqanıstanda törədilən terror aktları kəskin formada pislənilib: Tehran iclasında iştirak edən ölkələrin təhlükəsizlik orqanları terrorizm və ifratçılıq ilə mübarizədə birgə əməkdaşlıq üçün vahid mexanizm yaratmalıdırlar. 

Terrorizm ilə mübarizədə ikili standartları kəskin formada tənqid edən bəyanatda Əfqanıstanda sülh və sabitliyin təmin edilməsi üzrə səylərə təkid edilib. 

Tehran iclasında iştirak edən ölkələr "Camu" və "Kəşmir" məsələlərinin də dinc həll yoluna ehtiyaclı olduğunu bildiriblər. 

6 Asiya ölkəsi parlament sədrlərinin üçüncü isclası 2019-cu ildə Türkiyədə keçiriləcək. 

Teqlər

Dec 08, 2018 22:15 Asia/Baku
Şərhlər