Dec 09, 2018 16:54 Asia/Baku
  • İran bəsicinin sükansız PUA-sı təqdim olunub
    İran bəsicinin sükansız PUA-sı təqdim olunub

İranın bəsic təşkilatının sükansız pilotsuz uçan aparatı bu gün Tehranda təqdim olunub.

Bu pilotsuz uçan aparatda müvazinət və nəzarətin sükanlar və nəzarət səviyyələri vasitəsilə həyata keçirildiyi adi pilotsuzların əksinə olaraq, onun idarəsi və istiqamətləndirilməsi motorların çıxışında bucağın dəyişdirilməsindən istifadə ilə həyata keçir.

Sükansız pilotsuz uçan aparatı düzəldənlərin dediklərinə görə, bu pilotsuzun motorları sürət və bucağın dəyişdirilməsi qabiliyyətinə malikdirlər və onun şaquli uçuş edən növü də tezliklə istehsal ediləcəkdir.

Uzun məsafələrdə kəşfiyyat, hava radarının elektron müharibə sisteminin daşınması və işlədilməsi, həmçinin aviasiya döyuş bölmələrinin himayəsi bu pilotsuzun istifadə tərzlərindəndir.

 

Teqlər

Şərhlər