Dec 10, 2018 10:40 Asia/Baku
  • İran İslam Respublikası prezidenti
    İran İslam Respublikası prezidenti

İran İslam Respublikası prezidenti bazar günü axşam nazirlər kabinetinin iclasında dedi: OPEK ölkələrinin müqaviməti amerikalılar üçün növbəti məğlubiyyət yaratdı.

İRNA-nın məlumatına görə, Həsən Ruhani bu iclasda OPEK-in son iclasında iştirak etmiş İranın neft naziri Bijən Zəngənənin hesabatını dinlədikdən sonra dedi: Amerikalıların OPEK-in daxili məsələlərinə müdaxillə cəhdinə və neft bazarında tələb və təklif arasında balansın yaradılmasına mane olmaq istəmələrinə baxmayaraq, OPEK ölkələrinin müqaviməti sayəsində amerikalıların planı zərərsizləşdirildi və onlar üçün növbəti məğlubiyyətin şahidi olduq.

Neft ixrac edən ölkələr təşkilatı OPEK-ə üzv ölkələr cümə günü Vyanada gündəlik neft istehsalı həcminin 800 min barel azaldılmasına dair razılığa gəliblər. Həmçinin, OPEK-ə üzv olmayan ölkələr də gündəlik neft istehsalının 400 min barel azaldılması ilə razılaşıblar.

İran, Venesuela və Liviya bu anlaşmadan istisna edilib.

ABŞ bundan öncə OPEK təşkilatındakı müttəfiqlərindən o cümlədən Ərəbistandan neft istehsalı həcminin azaldılmamasını istəmişdi.

Şərhlər