Dec 10, 2018 11:23 Asia/Baku
  • Vilayəti: ABŞ-ın fitnəkar siyasət gerçəkliyi həmişəkiindən daha artıq aşkar olub
    Vilayəti: ABŞ-ın fitnəkar siyasət gerçəkliyi həmişəkiindən daha artıq aşkar olub

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: ABŞ prezidenti bu ölkənin fitnəkar siyasət gerçəkliyini həmişə olduğundan daha artıq aşkar etdi.

İRİB-nin verdiyi məlumata görə, İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi bazar ertəsi günü Əhl-Beyt(ə) Aşiqləri Beynəlxalq Konqresinin Mərkəzi Şurasının Tehranda keçirilən iclasında deyib: ABŞ prezidenti Donald Trampın rəftarları ABŞ-a hakim kəsilmiş quruluşun hazırladığı ssenarinin səhnələşdirilməsidir.

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzvə müşaviri əlavə edib: Zamanın axarı göstərir ki, ötən 40 ildə bu dünya iddiaçısı öz siyasətlərini başqalarına qəbul etdirə bilməyib və bundan sonra da belə olacaq.

İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi həmçinin deyib: Fələstinin məzlum xalqı İslam Ümmətini müdafiə bayrağını məzlumcasına çiyinləri üzərində daşıyır və hələ də onu yüksəklərdə dalğalandırır.

Əhl-Beyt(ə) Aşiqləri Beynəlxalq Konqresinin Mərkəzi Şurasının ilk iki günlük iclası bazar ertəsi günü Tehranda işə başlayıb. Bu iclasda məqsəd birliyin möhkəmləndirilməsi yollarını araşdırmaqdır. İclasda müxtəlif dinlərin nümayəndələri olan şəxslər iştirak edirlər.

 

Teqlər

Şərhlər