Dec 10, 2018 12:41 Asia/Baku
  • Limanlar və Dənizçilik Təşkilatının müavini: Xəzər dənizində gəmiçilik daha da təhlükəsiz olacaq
    Limanlar və Dənizçilik Təşkilatının müavini: Xəzər dənizində gəmiçilik daha da təhlükəsiz olacaq

İranın Limanlar və Dənizçilik Təşkilatının dəniz məsələləri müavini deyib: Xəzər dənizində dənizçiliyin təhlükəsizliyinin təmin edilməsi protokolunun ilkin mətninin təsdiq edilməsi ilə bu dənizdə ekologiyanın qorunması ilə yanaşı ticarət dənizçiliyinin təhlükəsizlyi də artacaq.

İRİB-nin verdiyi məlumata görə, İranın Limanlar və Dənizçilik Təşkilatının dəniz məsələləri müavini Hadi Həqşünas Xəzərin sahilində yerləşən ölkələrin bu dənizdə dənizçiliyin təhlükəsizliyi sahəsindəki əməkdaşlıqlarının araşdırılması üzrə dördüncü iclasda deyib: Texniki və təhlükəsizlik məsələlərinə dair əməkdaşlıqlaırn genişləndirilməsi və ekologiyanın qorunması və dəniz yolu ilə yüklərin daşınmasının yararlılığının artırılması üçün Xəzər dənizinin potensiallarından sahil ölkələri üçün daha faydalı şəkildə istifadənin edilməsi böyük əhəmiyyətə malkdir. 

İranın Limanlar və Dənizçilik Təşkilatının dəniz məsələləri müavini əlavə edib: 2010-cu ildə Bakıda Xəzər dənizinin təhlükəsizliyinə dair əməkdaşlıq sənədinin imzalanması və ikinci iclasın Türkmənistanda, üçüncü iclasın isə Tehranda keçirilməsinin ardınca, hazırda 9 bənddən ibarət olan bu protokolun ilkin mətni hazırlanıb və hazırkı iclasda Xəzərin sahilində yerləşən 5 ölkənin nümayəndələri tərəfindən yekun olaraq təsdiq ediləcək. 

Həqqşünas Xəzər dənizində icrası mümkün olan beynəlxalq qanun çərçivəsinin təyin edilməsi və texniki nəzarət mütəxəssislərinin peşəkarlıqlarının artırılması üçün təlim kurslarının təşkilində əməkdaşlıqların edilməsi Xəzər dənizində əməkdaşlığın ilkin mətninin əsas mövzularını təşkil edir. 

Xəzər dənizində dənizçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə əməkdaşlıq yollarının araşdırılmasına dair ikinci iki günlük iclas Xəzər dənizinin sahilində yerləşən 5 ölkənin yəni İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətlərinin iştirakı ilə bazar ertəsi günü Tehranda işə başlayıb. 

Teqlər

Şərhlər