Dec 12, 2018 14:58 Asia/Baku
  • İnqilab Rəhbəri: İslami İranın tanınmış düşmənləri əxlaqi və siyasi pozğunluğa qərq olublar
    İnqilab Rəhbəri: İslami İranın tanınmış düşmənləri əxlaqi və siyasi pozğunluğa qərq olublar

İslam İnqilabının Böyük Rəhbəri Müqəddəs Müdafiə, Hərəm Müdafiəsi, həmçinin ölkənin sərhədləri və təhlükəsizliyini müdafiə şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə vurğulayıblar: İslami İranın tanınmış düşmənləri əxlaqi və siyasi pozğunluğa qərq olublar. Əgər Amerikanı düzgün tanımaq istəyirsinizsə, Amerikanın hökumət başçılarına və prezidentinə nəzər salın.

Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər bu görüşdə əlavə ediblər: Amerikanın hökumət başçılarına nəzər salın; pulpərəstliyə, haqqın pozulmasına və insanların canları və mallarına olan etinasızlığa nəzər salın. Yəmən bir nümunədir; cinayəti səudlar törədirlər, amma bu cinayətlərin şəriki Amerikadır. Özü də etiraf edir. Xəstəxana, bazar və izdihamlı məkanları vururlar; bunlar cinayətkarlardırlar; Amerikanın siması budur.

O həzrət amerikalıların son iki ildəki hərəkətlərinə, xüsusən İrana qarşı hərtərəfli sanksiyalar tətbiq etmələri və İranın müxtəlif düşmənlərinə kömək göstərmələrinə işarə edərək, vurğulayıblar: Onların hədəfi bu idi ki, sanksiya və anti-təhlükəsizlik hərəkətləri ilə ölkədə ikitirəlik, ixtilaf və qrupların savaşını yaradaraq, bir qrup şəxsi küçələrə çıxarsınlar və onun adını da "qızmar yay" qoymuşdular, amma düşmənlərin acığına, builki yay ən yaxşı yaylardan biri idi.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin ABŞ rəsmilərinin "İran İslam Respublikası özünün qırxilliyini görməyəcək" ifadələrinə işarə edərək, deyiblər: İran xalqı tam möhkəmliklə dayanıb və Allah-Taalanın köməkliyi ilə 22 bəhməndə İslam İnqilabının 40 illiyini öncəki illərdən daha əzəmətli keçirəcəkdir.

Həzrət Ayətullahuluzma Xamenei sionistləri və regiondakı mürtəceləri İran xalqı ilə düşmənçilikdə və bu xalqa qarşı fitnəkarlıqda Amerikanın şəriki adlandırıb və belə vurğulayıblar: Əlbəttə, biz onlardan güclüyük, zira onlar indiyədək İslam Respublikası qarşısında heç bir qələt eləyə bilməyiblər və bundan sonra da bacarmayacaqlar.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İran xalqı tam gözüaçıqlıqla vəziyyəti nəzarətdə saxlamalı və öz mövqeyini möhkəm saxlamalıdır. O həzrət əlavə ediblər: Bu gün tufanı Avropaya və Fransaya da çatmış bu tufanlı dünyada İran xalqı İslamın bərəkətinə Əhli-Beyt(ə)-in təhlükəsiz məhəbbət gəmisində qərar tapıb və qəti qələbə bu xalqa aiddir.

Teqlər

Şərhlər