Dec 13, 2018 11:21 Asia/Baku
  • Qasımi: ABŞ rəsmilərinin yeni anlaşmaya dair çıxışları dəyərsizdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə günü axşam ABŞ rəsmilərinin yeni müzakirə və anlaşmaya dair səsləndirdikləri fikirlərin dəyərsiz olduğunu bildirdi.

İRNA-nın məlumatına görə, Bəhram Qasımi yeni bir anlaşmaya nail olmaq üçün İrana təzyiq göstərilməsini istəyən ABŞ dövlət katibinin köməkçisi Kristofer Fordun açıqlamasına reaksiya olaraq deyib: Təəssüflər olsun ki, bu amerikalı rəsmi də digər əməkdaşlarıkimi xam xəyallara qapılıb. 

İranın xarici işlər nazirliyinin sözçüsü ABŞ-ın beynəlxalq öhdəlilərə sadiq qalmadığını deyərək, əlavə edib: BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozması ABŞ-ın üsyankar, tərs və qeyri-stabil bir ölkə olduğuna dəlalət edir. 

Qasımi nüvə anlaşmasının regional və beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına kömək etdiyini deyərək, bu anlaşmanın və TŞ-nin 2231 saylı qətnaməsini pozmağın dünya sülhü üçün ciddi təhdid yaratdığını deyib. 

Şərhlər