Dec 15, 2018 22:42 Asia/Baku
  • Zərif: İranın nüvə anlaşmasında qalması Tehranın mənafeyi və Avropa Birliyinin rəftarından asılıdır
    Zərif: İranın nüvə anlaşmasında qalması Tehranın mənafeyi və Avropa Birliyinin rəftarından asılıdır

İran İslam Respublikasının xarici işlər naziri deyib: Əgər İranın milli maraqları təmin edilərsə və Avropa Birliyi öz öhdəliklərinə əməl edərsə, İran İslam Respublikası nüvə anlaşmasına sadiq qalacaq.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü beynəlxalq Doha forumunda İranın ABŞ ilə müzakirə etməsi üçün heç bir əsasın olmadığını deyərək, əlavə edib: İran heç vaxt Tehrana 12 şərt təyin edən ölkə ilə müzakirə etməyəcək. 

Zərif ABŞ-ın sanksiyalarının İranın siyasətlərini dəyişməsinə səbəb olmayacağını deyərək, əlavə edib: İran neft satışını və dünya ictimaiyyəti ilə anlaşmanı davam etdirəcək. Və Tehran ilə anlaşmaya arxa çevirənlər uduzan tərəfdir. 

Zərif həmçinin, İranın Yəmənə silah göndərməsinə dair iddiaları rədd edərək, deyib: İran yəmənlilərə silah verməyib və Yəmən xalqı öncəki prezident Əli Abdullah Salehin dövründə Ərəbistandan alınan silahlar ilə savaşır. 

Zərif əlavə edib: Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İngiltərədən aldıqları silahlar ilə Yəməni cəhənnəmə çeviriblər. On minlərlə insanı qırğın ediblər. 

İranın xarici işlər naziri daha sonra Yəmənli qruplar arasındakı İsveç müzakirələrinə işarə edib və deyib: İsveç anlaşmasının Yəmən xalqının ağrı və acılarına son qoyacağına ümid edirik. 

Şərhlər