Dec 16, 2018 14:54 Asia/Baku
  • İran silahlı qüvvələrinin ali baş komandanının müdafiə baxışlarına dair 12 adda kitabın təqdimatı
    İran silahlı qüvvələrinin ali baş komandanının müdafiə baxışlarına dair 12 adda kitabın təqdimatı

İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı Həzrət Ayətullah Xameneinin müdafiə baxışlarına dair 12 adda kitabın təqdimatı keçirilib.

İRİB-nin verdiyi məlumata görə, Həzrət Ayətullah Xameneinin müdafiə düşüncələrinin şərhinə həsr olunmuş seminarda İran silahlı qüvvələrinin ali baş komandanının müdafiə baxışlarına dair 12 adda kitabın təqdimatı olub.

Nəzəri prinsiplər, yumşaq müharibə, elm və texnologiya, təfəkkür, mənəvi və insani sərmayələr, ağıllı müdafiə, elm təməlli müdafiə, qabiliyyət və bacarıqların artırılması müdafiəsi, müdafiə diplomatiyası, müdafiə təməlli bilik, Həzrət Ayətullah Xameneinin düşüncələrində müdafiə məsələsi təqdim olunan kitabların adları olub.

Tehranda keçirilən dördüncü Həzrət Ayətullah Xameneinin müdafiə düşüncələrinin şərhi seminarında ordunun baş komandanı seyid Əbdürrəhim Musəvi, müdafiə naziri general-polkovnik Hatəmi və ordunun Quru Qoşunları komandanı general-mayor Kyumərs Heydəri iştirak ediblər.

Teqlər

Şərhlər