Dec 17, 2018 19:22 Asia/Baku
  • İranın xarici işlər nazirinin müavini: Region ölkələri təhlükəsizliyi satın almaq ardıncadırlar
    İranın xarici işlər nazirinin müavini: Region ölkələri təhlükəsizliyi satın almaq ardıncadırlar

İran İslam Respublikası xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini deyib: Region ölkələri təhlükəsizliyi satın almaq məqsədi ilə regiondan kənar ölkələr xüsusilə Amerika ilə iri təhlükəsizlik müqavilələri imzalayırlar.

İSNA-nın məlumatına görə, Qulamhüseyn Dehqani bazar ertəsi günü Tehranda keçirilən "Asiyanın qərbində sülh və sabitlik; bir məntəqə, bir tale" adlı seminarda Asiyanın qərbində böhran yaradan amillərə işarə edərək, deyib: Ötən bir neçə ildə bəzi region və regiondan kənar ölkələr terrorçulardan qeyri-qanuni mənafelərini təmin etmək üçün istifadə ediblər. Bu da regionda gərginliyin artmasına səbəb olub.

Dehqani Fələstin məsələsini, İsrailin kütləvi qırğın silahlarını və Ərəbistanın düşmənçiliyə əsaslanan siyasətlərini regionun digər problemlərindən adlandırıb.

İranın xarici işlər nazirinin müavini region ölkələrinin rəqabət yerinə bir-biriləri ilə əməkdaşlıq etmələrini istəyərək, deyib: İran regionda sabitliyin bərqərar edilməsi üçün müzakirələrə hazırdır.

"Asiyanın qərbində sülh və təhlükəsizlik; bir məntəqə, bir tale" adlı bir günlük seminar bu gün Tehranda keçirilib.

Teqlər

Şərhlər