Dec 31, 2019 18:55 Asia/Baku
  • İnqilab Rəhbəri: Sionist rejimin 48 saat ərzində dizə çökdürülməsindən daha böyük qələbələr müjdəsi
    İnqilab Rəhbəri: Sionist rejimin 48 saat ərzində dizə çökdürülməsindən daha böyük qələbələr müjdəsi

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Fələstin qüdrətli qalacaq və Allah-Taalanın lütfkarlığı ilə o qədər də uzaq olmayan gələcəkdə Fələstin xalqının yekun qələbəsi həyata keçəcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrəti Ayətullahuluzma Xamenei bu gün Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalə və onu müşayiət edən heyətlə görüşdə Fələstin məsələsindəki aydın bir parametrə işarə edərək, deyiblər: Bu parametrə əsasən, əgər müqavimət göstərsəniz, qalib gələcəksiz və əgər müqavimət göstərməsəniz, qələbə əldə etməyəcəksiniz. Amma Allah-Taalanın köməkliyi ilə Fələstin xalqı sionist rejimlə mübarizədə indiyədək müqavimət göstərib və qalib gəlibdir.

Həzrəti Ayətullahuluzma Xamenei əlavə ediblər: Fələstin xalqının və müqavimət qruplarının əsas qələbəsi bu olubdur ki, ərəb ordularının məğlub edə bilmədikləri sionist rejim onların tərəfindən dizə çökdürüldü və Allah-Taalanın izni ilə daha böyük qələbələr də əldə edəcəklər.

İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: Müqavimət qrupları ilə iki öncəki müharibədə 22 günlük və səkkiz günlük zaman kəsiklərində atəşkəs xahişi ilə çıxış etmiş sionist rejim sonuncu döyüşdə 48 saatdan sonra atəşkəs istədi və bu, qəsbkar sionist rejimin dizə çökməsi deməkdir.

Həzrəti Ayətullahuluzma Xamenei Fələstin xalqının son illərdəki ardıcıl qələbələrinin səbəbini müqavimət adlandırıb və belə əlavə ediblər: Gələcəkdə və müqavimətin mövcud olacağı zamanadək sionist rejimin tənəzzülü və zəlilliyi davam edəcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin zalım qüvvələr cəbhəsinin İran İslam Respublikasına qarşı ağır təzyiqlərinə işarə edərək, deyiblər: Bu təzyiqlər heç vaxt bizim Fələstini himayə yolunda öz ilahi, dini və ağıl borcumuzdan vaz keçməyimizə səbəb olmayacaqdır.

Teqlər

Şərhlər