Jan 11, 2019 09:31 Asia/Baku
  • İraq prezidenti: Bağdad ilə Tehran arasındakı əlaqələrin möhkəmlənməsində maraqlıyıq

İraq prezidenti İranın neft naziri ilə görüşdə bildirib ki, Tehran-Bağdad əlaqələrinin genişlənməsi bütün regionda sabitlik və təhlükəsizliyin xeyrinədir.

Bərhəm Saleh cümə axşamı günü gecə Bağdadda İranın neft naziri Bijən Zəngənə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə deyib: "Bağdadın məqsədi, Tehranla əlqaləri müxtəlif sahələrdə, xüsusilə də neft və enerji sahəsində genişləndirməkdir.

İranın neft naziri Bijən Zəngənə də iki ölkənin müxtəlif sahələrdəki əlaqələrinin səviyyəsi və keyfiyyətindən razılıq edib və İranın onu gücləndirməyə hazır olduğunu bildirib.

İranın neft naziri İraq prezidenti ilə görüşdən və birgünlük rəsmi səfəri başa çatandan sonra cümə axşamı günü gecə Bağdaddan Tehrana geri dönübdür.

Şərhlər