Jan 11, 2019 13:47 Asia/Baku

"Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" adlı səkkizinci manevrin əməliyyat bloku və əsas etapının ikinci günü bu gün İranın mərkəzində yerləşən İsfahanda başlanıb.

İran İslam Respublikası ordusunun hava qoşunlarının "Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" adlı səkkizinci manevrinin sözçüsü aviasiya briqada generalı Əlireza Əngize deyib: Bu manevrin əməliyyat bloku və əsas etapının ikinci günündə İran qırıcıları modernləşdirilmiş "Maverik" raketlərini atıb, intellekt və dəqiq vurma qabiliyyətli "Qased" bombalarından istifadə edərək, quru hədəflərini vurublar.

Aviasiya briqada generalı Əngize əlavə edib: Manevrin bu mərhələsində həmçinin düşmənə yekun zərbəsi endirmək məqsədilə simulyasiya edilmiş hədəflərin aşkar və məhv edilmələri istiqamətində İran İslam Respublikası ordusunun hava qoşunlarının hücum pilotsuzları və superyüngül dronlarından istifadə olunubdur.

"Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" manevri dünən iki gün müddətinə İsfahanda başlanıbdır.

Şərhlər