Jan 11, 2019 15:00 Asia/Baku
  • İİR quruluşu və müqavimət cəbhəsi dünya zalımlarını heyrətə salıb

Tehranın cümə namazı xitabətçisi deyib ki, İran İslam Respublikası quruluşu və müqavimət cəbhəsi zalımlar dünyasını heyrətə salıbdır.

Höccətulislam vəlmuslimin Seyyed Mohəmməd Həsən Əbutorabifərd Tehranın buhəftəki cümə namazı xütbələrində əlavə edib: Zalımlar dünyasını zəif vəziyyətdə qoymuş İran İslam Respublikası quruluşu və müqavimət cəbhəsi əməli-saleh bir nailiyyətdir.

O, bildirib ki, insani və islami cəmiyyətin hərəkəti, yüksəlişi, möhkəmliyi və qüdrəti üçün iqtisadiyyat sahəsinə xüsusi diqqət yetirilməlidir. O, deyib: Əgər insani və islami cəmiyyət həyatın bütün sahələrində alimanə və aqilanə şəkildə, eləcə də konkret hədəflə addım atır və inkişaf barədə düşünürsə, baxışı Qərb dünyasının inkişaf baxışından fərqlənir.

Tehranın cümə namazı xitabətçisi həmçinin İranın Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşemi Rəfsəncaninin vəfatının ildönümü gününə toxunaraq, uzun illər islami quruluş üçün səy göstərmiş o mücahid din alimi üçün Allah-Taaladan rəhmət diləyibdir.

İranın Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşemi Rəfsəncani 2017-ci il yanvarın 8-də ürək çatışmazlığından Tehranda vəfat etdi.

Şərhlər