Jan 11, 2019 17:08 Asia/Baku

"Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" adlı səkkizinci manevr bu gün öncədən təyin olunmuş bütün məqsədlərinə nail olaraq, İranın mərkəzində yerləşən İsfahanda başa çatıbdır.

İran İslam Respublikası ordusunun hava qoşunlarının "Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" adlı səkkizinci manevrinin sözçüsü aviasiya briqada generalı Əlireza Əngize bu gün müxbirlər qarşısında İran ordusunun hava qoşunlarının gənc pilotlarının fəaliyyətlərindən razılıq edərək, deyib: Bu manevrdə İran ordusu öncədən təyin olunmuş bütün məqsədlərinə nail olubdur.

Aviasiya briqada generalı Əngize əlavə edib: "Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" adlı səkkizinci manevr real müharibə səhnəsinə əsasən və daxildə istehsal olunmuş silahlardan istifadə edilərək, keçirilibdir.

"Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" adlı səkkizinci manevrin sözçüsü söyləyib: Bu manevrdə İranın müdafiə sənayesi mütəxəssisləri tərəfindən istehsal olunmuş rabitə lokator sistemləri, intellekt bomba və raket növləri, həmçinin radar və lazer raket növlərindən istifadə olunub və onların üzərlərində əməliyyat sınaqaları aparılıbdır.

Bu gün başa çatmış "Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" manevri cümə axşamı günü başlanmışdı.

Teqlər

Şərhlər