Jan 11, 2019 19:56 Asia/Baku
  • "Vilayət Səması Fədakarları" manevri uğurla başa çatdı

Bu gün İsfahanda öz işini başa vuran 8-ci Vilayət Səması Fədakarları manevrinin sonunda öncədən təyin edilmiş bütün hədəflərə nail olunub. Bu manevr region və dost ölkələr üçün sülh və təhlükəsizlik müraciətinə malik olub.

Ötən gecə strateji S-24 ağır bombardmançı təyyarələrinin uğurlu əməliyyatının ardınca, bu gün, 8-ci  “Vilayət Səması Fədakarları” manevrinin ikinci günündə yeni əməliyyatların şahidi olduq. Manevrin ikinci günündə F-4 qırıcı-bombardmançıları “Mavrik”, “Qasid” və “Yasin” raketlərindən istifadə edərək, düşmən mövqelərini məhv ediblər.

Havadan düşmən mövqelərinin məhv edilməsi əməliyyatı burada, Ənarək məntəqəsində uğurla sınaqdan keçirildi.

General-mayor Həbibullah Səyyari: “Bu gün istifadə etdiyimiz bombalar və atılan raketlərin hamısı öncədən təyin edilmiş hədəfləri tam dəqiqliklə vuraraq, məhv ediblər. Biz, öncədən təyin edilmiş hədəfə 95% nail olmuşuq. Yerdə qalan 5% isə ona görədir ki, biz heç vaxt əldə etdyimiz uğurla kifayətlənmirik. Baxışımız daim irəliyə doğrudur.”

Manevrin ikinci günündə C-130 yük təyyarələrində əməliyyat məntəqəsinə yüklərin atılması və xəyali düşmənin yerli raketlər ilə hədəfə alınmasının da şahidi olduq.

Amma, F-14 və Miq-29 qırıcıları da hava döyüşlərini real formada sınaqdan keçirərək, öz bacarıqlarını nümayiş etdirdilər.

Həmçinin, strateji Su-24 bombardmançıları yenilənmiş X-25 raketləri ilə yerdəki hədəfləri uğurla məhv ediblər.

General-mayor Səyyari: “Müşahidə etdiyiniz bu müdafiə qabiliyyəti, xalqımızın fəxridir. Gənclərimizin fəxridir. Gördüyünüz bu təyyarələri uçuran pilotların hamısı 20-28 yaşlı gənclərdirlər.”

8-ci Vilayət Səması Fədakarları manevri Yaxın Şərqin ən təhlükəsiz səmasında sülh və dostluq mesajı ilə öz işini başa vurdu.

“İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü ərəfəsində keçirilən bu manevrin məqsədi xarici təhdidlər qarşısında müdafiə hazırlığının nümayiş etdirilməsidir.”

Bu manevrdə müxtəlif növlü ağır bombardmançı və strateji təyyarələrdən o cümlədən Su-24, F-4, F-5, F-7, F-14, Miq-29 və yerli Saiqədən habelə, yanacaq daşıyan və tədarükat təyyarələrindən istifadə edilib.

“Bu manevrin məqsədi yerli silahların və yenilənmiş hərbi təchizatların sınaqdan keçirilməsi habelə, düşmənin zəif və güclü cəhətlərinin öyrənilməsidir.”

Bu gün, manevrin birinci mərhələsində siqnalların qəbul edilməsi, elektron dinləmə və hədəflərin müəyyən edilməsi kimi əməliyyatlar həyata keçirilib.

“F-5, F-7 və yerli Saiqə təyyarələri yerli təchizatlardan istifadə etməklə əməliyyat məntəqəsində xəyali düşmənin bütün hədəflərini məhv ediblər.”

“Top kaver” (hərtərəfli dəstək) manevrin növbəti mərhələsi idi.

“Məqsəd təyyarələrin əməliyyat məsafəsinin artırılması idi. Yəni yanacaq təyyarəsi ilə eyni zamanda F-14 qırıcısından “Tap kover” kimi istifadənin edilməsi təsirli addımlardan biri idi.”

Atış həcminin artırılması, hədəflərin vurulmasındakı dəqiqlik və yüksək dağıdıcılıq gücünə malik olan yerli raketlərdən istifadə bu manevrin digər üstün cəhətlərindən olub.

 

 

Teqlər

Şərhlər