Jan 14, 2019 19:31 Asia/Baku
  • Ruhani: İran tezliklə kosmosa əməliyyat peyki göndərəcək
    Ruhani: İran tezliklə kosmosa əməliyyat peyki göndərəcək

İran İslam Respublikası prezidenti deyib: İranın ilk əməliyyat peyki olan "Pəyam" peyki qarşıdan gələn günlər ərzində 600 km hündürlüyə, yerin orbitinə göndəriləcək.

Həsən Ruhani bazar ertəsi günü Qonbəde Kavus şəhərinin sakinləri qarşısında deyib: "Pəyam" peyki tam yerli peykdir və onu yerin orbitinə daşıyacaq raket də yerli raketdir.

Ruhani əlavə edib: "Pəyam" peyki hər gün İran üzərindən 6 dəfə keçəcək və hidrometrologiya, əkinçilik, su qaynaqları və meşələr barədə öz müşahidələrini yerə ötürəcək.

Ruhani İran xalqının elm xalqı olduğunu dünyaya sübut etdiyini deyərək, əlavə edib: İran xalqı düşmənin təhdidlərindən qorxamaq üçün elm, texnologiya, iqtisadiyyat və müdafiə sahəsində böyük bir qüdrətə yiyələnib.

Ruhani ABŞ, İsrail rejimi və onların ardınca gedənlərin İran xalqını təslim olmağa məcbur edə bilməyəcəklərini deyərək, əlavə edib: İran bütün dost ölkələr ilə qardaş münasibətlərə və ən yaxşı əlaqələrə malikdir.

Teqlər

Şərhlər