Jan 14, 2019 20:54 Asia/Baku
  •  İranda çiçəklənən kənd təsərrüfatı
    İranda çiçəklənən kənd təsərrüfatı

İslam İnqilabının qələbə çalmasından sonra bütün sahələrdə olduğu kimi İran kənd təsərrüfatı sahəsində də böyük uğurlar əldə edərək, idxalçı ölkədən, ixracatçı ölkəyə çevrilib.

40 milyon dollar maliyyə dövriyyəsinə malik olan iri sənaye sahəsi. Özəl sektordakı ilk ən iri sənaye sahəsi. Heyvandarlıq.

 

İranın kənd təsərrüfatı cihadı nazirinin müavini Mürtəza Rzayi: “İllik məhsullarının dəyəri 10 milyard dollardan çoxdur.”

 

İslam İnqilabının qələbə çalmasından sonra, ötən 4 dekadada maldarlıq sənayesi inkişaf yolunda uğurla addımlayıb. Və hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO İranı bu sahədə dünyanın 20 ən iri istehsalçısından biri elan edib.

 

Mürtəza Rzayi: “Süd istehsalı baxımından dünyanın 24-cü ən iri istehsalçısıyıq. Qırmızı ət üzrə isə 19-cu ölkəyik. Toyuq əti üzrə 10-cu, yumurta üzrə doqquzuncu və bal istehsalı üzrə üçüncü ölkəyik.”

 

Ötən 40 ildə maldarlıq sənayesi maldarlıq elminə yiyələnərək, maldarlıq sənayesi təchizatlarının istehsalı üzrə region və dünyada böyük bir qüdrətə çevrilib.

10 min başdan çox sağmal inəyi olan bu fermada olduğu kimi. Bu ferma dünyanın ən mexaniki femralarından biridir.  

FAO-nun bildirdiyinə görə, 40 il öncə İranda illik süd istehsalının həcmi 2 milyon 620 min ton idisə, hazırda bu rəqəm 10 milyon 184 min tona çatıb.  

Mürtəza Rzayi: “Ötən 38 ildə təqribən 286%-lik bir artımın şahidi olmuşuq. Bu orta hesabla hər il 7.5%-lik artım deməkdir.”

 

Mütəxəssislərin səyi ilə aparılan genetik islahatlar İslam İnqilabının qələbə çalmasından sonra maldarlıq və quşçuluq sahəsindəki inkişafın başlıca amili olub.

İqtisadi baxımdan daha sərfəli növlərin seçilməsi ötən illərdə məhsuldarlığın artmasına kömək edib.

Kənd Təsərrüfatı Cihadı və BMT-nin Ərzaq və Kənt Təsərrüfatı Təşkilatında mövcud olan statistik məlumatlara görə, İran İslam İnqilabının qələbəsindən öncə maldarlıq məhsullarının əsas idxalçılarından biri sayılırdı. Hazırda isə İran dünyanın ən böyük istehsalçılarından birinə çevrilib.  

 

Şərhlər