Jan 19, 2019 19:13 Asia/Baku
  • İran prezidentinin müşaviri: Amerika Polşa iclası ilə Avropada parçalanma ardıncadır
    İran prezidentinin müşaviri: Amerika Polşa iclası ilə Avropada parçalanma ardıncadır

İran prezidentinin müşaviri deyib: Polşa iclası əslində və gizlində bir daha İrana qarşı koalisiyanın yaradılması üzrə Amerikanın Avropa ilə davasıdır.

Həmid Əbu-Talebi twitter-dəki şəxsi səhifəsində yazıb: Varşava iclası Amerikanın Avropada parçalanma və iztirab yaratmaq yolu ilə bir daha İrana qarşı koalisiyanın yaradılması istiqamətində atdığı əsas addımdır.

Əbu-Talebi əlavə edib: Avropa yadına salsın ki, nüvə anlaşması da dialoqun məhsulu idi və hər nəqər dialoqdan kəsilərsə, bir o qədər problemə əlavə olunacaqdır.

Amerikanın iranofobiya siyasətinin təlqini üzrə səylərinin davamında bu ölkənin dövlət katibi Mayk Pompeo yanvarın 11-də bildirdi ki, Vaşinqton fevralın 13-ü və 14-də İran mövzusunda Polşanın Varşava şəhərində bir konfrans keçirməyi planlaşdırır.

Teqlər

Şərhlər