Jan 30, 2019 15:06 Asia/Baku
  • Ruhani: İslam İnqilabı xalqın daxili və xarici qüdrətlər qarşısında dayanması ilə qələbə çaldı
    Ruhani: İslam İnqilabı xalqın daxili və xarici qüdrətlər qarşısında dayanması ilə qələbə çaldı

İran İslam Respublikası prezidenti deyib: İmam Xomeyni(rə) müasir dövrdə dinin ən böyük bərpaçısı və sırf xalqın daxili və xarici qüdrətlər qarşısında dayanması ilə qələbə çalan İnqilabın memarı idi.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü, İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü və Fəcr dekadası ərəfəsində nazirlər kabineti üzvlərinin İmam Xomeyni(rə) ideyaları ilə beyətini təzələməsi mərasimində İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümünü təbrik edərək, deyib: 40 il öncə bu diyarda baş verən, tarixin misilsiz  hadisəsi idi.

İran prezidenti əlavə etdi: İmam Xomeyni(rə) xalqı daha yaxşı gələcəyə, müstəqil diyara, xalq hakimiyyətinə və İslam əhkamına ümidvar etdi və İmamın xalqda yaratdığı ümid İranın milyonluq ictimaiyyətini səfərbər etdi və bu tarixdə misilsiz bir hadisə idi.

İran İslam Respublikası prezidenti İmam Xomeyninin(rə) ən böyük hünərini İslam Respublikası Quruluşu adlandırdı və dedi: İslam İnqilabının qələbə çalmasından az sonra Rəhbərlik Xübrəqanı Məclisi təşkil edilir və Konstitusiya hazırlanır. Və bu konstitusiya yenidən referenduma qoyulur.

Ruhani daha sonra İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələrinə işarə edərək, dedi: İranın sön dekadalarda və əsirlərdə ən böyük siyasi fəxri İranın dünyanın 6 böyük qüdrəti qarşısındakı müzakirələri və bu müzakirələrdə əldə etdiyi uğurlar olub. Bu uğurlar heç vaxt itirilməyəcək.

Ruhani bu gün birlik və həmrəylik günüdür deyərək, əlavə edib: İmam Xomeyninin(rə) ən böyük  təkidi söz birliyinin qorunmasına olan təkid idi.

İran prezidenti bir daha bu günü bütün xalq üçün birlik günü adlandırıb və deyib: Hamı bu gün ABŞ və müttəfiqləri habelə, regiondakı irticaçı rejimlər qarşısında bir sırada yer almalıdır. Çünki, söz birliyi ilə problemlərin öhdəsindən gəlmək mümkündür.

Teqlər

Şərhlər