Yan 31, 2019 17:00 Asia/Baku
  • İranda iri korpuslu PUA təqdim olunub

İran İslam Respublikası ordusunun hava qoşunlarının ilk iri korpuslu reaktiv pilotsuzu təqdim olunub.

Bu gün İran İslam Respublikası silahlı qüvvələrinin aviasiya qüdrəti sərgisində nümayiş etdirilən bu iri korpuslu pilotsuz uçan aparat döyüş və kəşfiyyat qabiliyyətlərinə malikdir.

Bu sərgidə həmçinin İran İslam Respublikası ordusunun hava qoşunları, Sepah-ın hava-kosmos qüvvələri, həmçinin ordunun hava-dəniz və hava-desant qüvvələrinin vertolyotları, qırıcıları, nəqliyyat və kəşfiyyat təyyarələri nümayiş etdirilib. Silahlı qüvvələrin müxtəlif lokatorları, komandanlıq və nəzarət sistemləri, hava hücumundan müdafiə və raket sistemləri də İran İslam Respublikası silahlı qüvvələrinin aviasiya qüdrəti sərgisində nümayiş etdirilib.

Sərgi fevralın on birinədək fəaliyyət göstərəcəkdir.

 

 

Teqlər

Şərhlər