Feb 04, 2019 10:42 Asia/Baku
  • İranlı zəvvarlar İraqda terror hücumuna məruz qalıblar
    İranlı zəvvarlar İraqda terror hücumuna məruz qalıblar

İraqın Səlahəddin vilayətində İranlı zəvvarları daşıyan avtobusa edilən hücumda bir nəfər şəhid olub, 9 nəfər isə yaralanıb.

İRİB-nin bildirdiyinə görə, İranlı zəvvarlarıdaşıyan avtobus bazar günü axşam İraqın Səlahəddin vilayətinin Bələd şəhərinin cənubunda terrorçuların hücumuna məruz qalıb. 

Bu terror hücumunda 34  yaşlı bir qadın aldığı yaraların ağırlığı üzündən şəhid olub. Avtobusun sürücüsü və 8 zəvvar isə bu hadisədə xəsarət alıblar. 

Teqlər

Şərhlər