Feb 06, 2019 21:26 Asia/Baku
  • Həsən Ruhani - İran İslam Respublikası prezidenti
    Həsən Ruhani - İran İslam Respublikası prezidenti

İran İslam Respublikası prezidenti yanlış hesablamaları Amerikalıların İran xalqı qarşısındakı ardıcıl məğlubiyyətlərinin başlıca səbəbi adlandırıb.

Həsən Ruhani çərşənbə günü İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibəti ilə  Tehrandakı xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə deyib: Amerikalılar dövlət çevrilişi, məcburi müharibə, regionun irticaçı rejimlərinə dəstək və region ölkələrinə silah göndərməklə İran xalqını məğlub edə biləcəklərini düşünürdülər. Amma, bunların hamısında İran xalqı ilə bağlı hesablamalarında səhvə yol veriblər. 

İran İslam Respublikası prezidenti İran xalqının İslam İnqilabının qələbə çalmasından sonra daim ABŞ və sionist rejimin fitnələri qarşısında daim qalib tərəf olduğunu deyərək, əlavə edib: ABŞ var gücü ilə İran xalqına təzyiq göstərmək və xalq arasında məyusluq yaratmağa çalışır. Amma, İ ran xalqı həmişə olduğundan daha artıq vəhdət ilə düşməni nakam qoyub. 

Ruhani İran İslam Respublikasının şüarını Yaxın Şərqin nüvə və kütləvi qırğın silahlarından təmizlənməsi habelə, dünyada ifratçılıq və zorakılığın köklərinin qurudulması olduğunu deyərək, əlavə edib: Əgər Amerika seçdiyi yanlış yoldan geri dönərsə, keçmişdəki müdaxilələrinə görə üzr istəyərsə, İran ABŞ-ın tövbəsini qəbul etməyə hazırdır. 

Ruhani İranın İraq, Suriya, Livan, Yəmən, Əfqanıstan, Qətər və kömək istəyən hər bir ölkəyə yardım əli uzatdığını deyərək, əlavə edib: İran ötən illərdə həmişə əhdinə sadiq olduğunu sübut edib. 

İran prezidenti daha sonra Fələstin məsələsinə işarə edərək, deyib: Fələstin xalqının öz torpaqlarına qayıtmadığı zamana kimi Fələstin torpaqlarında təhlükəsizlik bərqərar olmayacaq. 

Fələstinin İrandakı səfiri Səlah Əl-Zəvavi də bu görüşdə mərasimdə iştirak edən səfirlər adından İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə İran xalqını təbrik edib. 

Teqlər

Şərhlər