Feb 10, 2019 19:48 Asia/Baku
  • İranda 7 İŞİD ünsürü həbs olunub
    İranda 7 İŞİD ünsürü həbs olunub

İran İslam Respublikasının təhlükəsizlik naziri İranda İŞİD terror qrupunun ünsürlərindən yeddi nəfərin aşkar edilərək, həbs olunmasından xəbər verib.

İran İslam Respublikasının təhlükəsizlik naziri Seyyed Məhmud Ələvi müdafiə nailiyyətləri sərgisindən baxışkeçirmənin kənarında müxbirlər qarşısında əlavə edib: İranın təhlükəsizlik qüvvələri indiyədək tam məlumatlılıq və sayıqlıqla, həmçinin əhatəli nəzarətlə düşmənlərin hərəkətlərini nəzarət altında saxlayırlar.

İran İslam Respublikasının təhlükəsizlik naziri həmçinin deyib: Bu gün irəliləyişlər elədir ki, sanksiyalar təsirsiz olub və müxtəlif sektorlarda, o cümlədən quru, hava, dəniz və sualtı silahlar bölmələrində İranda bir çox dəyərli nailiyyətlər əldə olunubdur.

Teqlər

Şərhlər