Feb 14, 2019 08:41 Asia/Baku
  • Sistan və Bəluçestanda 3 gün matəm elan edilib

Sistan və Bəluçestan icra başçısı dünən gecə bu ostanda baş verən terror aktını pisləyərək cümə axşamından etibarən 3 gün müddətinə bu vilayətdə ümumi matəm elan edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əhmədəli Mohibəti həmçinin şəhid olanların ailələrinə başsağlığı verib. 

Dünən gecə Sistan və Bəluçestan ostanında Xaş-Zahidan şosse yolu istiqamətində İran İslam Respublikası sərhədçilərini daşıyan bir ədəd avtobus kamikadze hücumunun hədəfinə çevrilib. 

İçərisinə partlayıcı maddələr yüklənmiş bir avtomobilin yol kənarında İslam İnqilabının Keşikçiləri Korpusunun Quru qoşunlarının Quds qərargahı bölmələrindən birinin üzvlərini daşıyan avtobusun yaxınlığında partladılması nəticəsində İran sərhədlərini qoruyanlardan bir qrupu şəhid olub və yaralanıb. 

Özünü "Ceyşül-Ədl" adlandıran amma əslində Ceyşül-zülm olan terrorçu qrup bir bəyanatda bu cinayətin məsuliyyətini öz üzərinə götürüb. 

Bu terror qruplaşması sələfi və vəhhabi təfəkkürünə malikdir və Suriyadakı təkfirçi terrorçu qrupları himayə edir. 

Bu terror qruplaşması indiyədək Sistan və Bəluçestan vilayətində bir neçə qətl və terrorun məsuliyyətini öz üzərinə götürüb. Bu qruplaşmanın son cinayəti ötən milad ili aprelin 26-da Mir Cavə bölgəsində baş verdi. Bu terror aktında  9 iranlı sərhəd keşikçisi şəhid edildi.

Şərhlər