Feb 14, 2019 14:14 Asia/Baku
  • İranın daxili işlər naziri: Amerika regionda əmin-amansızlığı genişləndirmək niyyətindədir

İranın daxili işlər naziri deyib: Amerikanın dövlət başçıları sionist rejimlə yanaşı, regionda əmin-amansızlığı və ixtilafsalmanı genişləndirmək niyyətindədirlər.

İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın qüvvələrindən bir qrupunun İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda törədilmiş terror hücumunda şəhid olması münasibəti ilə əlavə edib: İrandakı terror hücumunun Yaxın Şərq hadisələrinin araşdırılması barədəki Varşava iclası ilə üst-üstə düşməsi göstərdi ki, Amerikanın dövlət başçılarının insan haqlarına və beynəlxalq qanunlara heç bir etiqad və icbarilikləri yoxdur.

İranın daxili işlər naziri deyib: İranda terror hadisəsi İranın qeyrətli xalqının İslam İnqilabının qələbəsinin qırxıncı ildönümündəki əzəmətli iştirak qəhrəmanlığına əsəbi və qorxaqcasına bir reaksiya idi.

Teqlər

Şərhlər