Feb 15, 2019 15:48 Asia/Baku
  • 22 bəhmən yürüşündəki qəhrəmancasına iştirak düşmənlərə vurulan şapalaq idi

Tehranın cümə namazı xitabətçisi gənc nəslin builki 22 bəhmən-11 fevral yürüşündəki iştirakını heyrətyaradıcı adlandırıb və deyib ki, İran xalqının 22 bəhmən yürüşündəki iştirakı bu xalqın düşmənlərinin və şeytanların üzlərinə vurulan bir şapalaq idi.

Höccətulislam vəlmuslimin Mohəmməd Cəvad Hac Əli Əkbəri Tehranın buhəftəki cümə namazı xütbələrində deyib: İran xalqı 22 bəhməndə ən gözəl ümumi təqvanı sərgilədi. Bu xalq zamanın fironlarının və zalım qüvvələrin caynaqlarından xilas olaraq, azadlıq və istiqlaliyyətin dadını bilibdir.

Tehranın cümə namazı xitabətçisi səbir və şükrü, seçilmiş ilahi bir ümmətin formalaşmasının əsas dayağı adlandırıb və belə əlavə edib: İran xalqının milli şükretmə simvolu bu il 22 bəhməndə oldu və böyük İran xalqının İslam İnqilabı Qələbəsinin 40-cı ildönümündə əzəmətli iştirakı və qəhrəmanlığı bədii bir cilvədir.

Hac Əli Əkbəri bildirib ki, İran xalqı uca zirvələri fəthetmə yolunda dayanıbdır. O, belə qeyd edib: İran xalqı ağır media hücumları, düşmənçiliklər, sanksiyalar və çətin iqtisadi şəraitə rəğmən, 22 bəhmən günündə qəhrəmanlıq göstərdi və hamı bu qəhrəmanlığı etiraf etdi.

Tehranın cümə namazı xitabətçisi həmçinin İslam İnqilabının Böyük Rəhbərinin İran xalqına ünvanlanmış strateji “İnqilabın ikinci addımı” bəyanatına işarə edərək, deyib: İslam İnqilabının Böyük Rəhbəri amallar, gedilmiş yol, hazırkı şərait və qarşıda duran yolu aydın yol planında xülasə edərək, İran xalqının ixtiyarına verdilər.

 

 

Şərhlər