Feb 16, 2019 14:55 Asia/Baku
  • General Cəfəri: İran Sepah şəhidlərinin qanlarının intiqamını alacaq
    General Cəfəri: İran Sepah şəhidlərinin qanlarının intiqamını alacaq

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb: İranın silahlı qüvvələri mütləq Sistan və Bəluçestan vilayətindəki terror hücumunun məzlum şəhidlərinin qanlarının intiqamını alacaqlar.

General-mayor pasdar Mohəmməd Əli Cəfəri Sistan və Bəluçestan vilayətindəki terror cinayəti şəhidlərinin cənazələri ilə vidalaşma mərasiminin kənarında deyib: Əgər Pakistan terroristlərlə mübarizə sahəsindəki məsuliyyətlərinə əməl etməzsə, İran beynəlxalq qayda-qanunlar əsasında regiondakı və regiondankənar casusluq xidmətləri tərəfindən təşkil olunmuş muzdurları özü cəzalandıracaqdır.

General-mayor pasdar Cəfəri vurğulayıb ki, İran Amerikanın, sionist rejimin və regiondakı mürtəce rejimlərin fitnələri qarşısında cavab tədbirləri görəcək. O, deyib: İran gözləyir ki, Pakistan İran İslam Respublikası ilə müştərək sərhədlərinin təhlükəsizliyinin təmini qarşısındakı məsuliyyətlərini ciddi şəkildə yerinə yetirsin və terrorçuların iki ölkənin sərhəd məntəqələrini İran xalqına qarşı anti-təhlükəsizlik hərəkətləri törətmək üçün öz meydansulama məkanlarına çevirmələrinə icazə verməsin.

Fevralın 13-ü günü gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürübdür.

 

 

 

Teqlər

Şərhlər