Feb 16, 2019 18:08 Asia/Baku
  • İran təhlükəsizliyinin müdafiəçiləri ilə əzəmətli vidalaşma
    İran təhlükəsizliyinin müdafiəçiləri ilə əzəmətli vidalaşma

İranın cənub-şərqində, Sistan və Bəluçestan vilayətindəki terror hücumunun 27 şəhidinin pak cənazəsi bu gün İsfahan şəhərində müşayiət olunub.

Sistan və Bəluçestandakı terror hücumunu pisləyən mərasim iştirakçıları bu şəhidlərin qanlarının intiqamının alınmasını istəyiblər.

İslam İnqilabı Keşikçilkəri Korpusu- Sepah-ın baş komandanı deyib: Ərəbistan və əmirliklərin kəşfiyyat təşkilatları İran sərhədlərində əmin-amansızlıq yaratmaq üçün Pakistanda mövcud olan zəminə əsasən, plan cızırlar.

General-mayor pasdar Mohəmməd Əli Cəfəri bu gün İsfahanda Sistan və Bəluçestan terror hücumu şəhidlərinin müşayiət və dəfn mərasimində əlavə edib: Ötən bir neçə il ərzində regionun muzdur ölkələri, xüsusən Ərəbistan və əmirliklər İranın cənub-şərqində əhalinin təhlükəsizliyini əlindən almaq üçün altı kamikadze əməliyyatı hazırlamışdılar ki, bu əməliyyatlar zərərsizləşdirilib.

General-mayor Cəfəri vurğulayıb ki, İran bu terror hücumu şəhidlərinin qanlarının intiqamını almaq üçün öncəki mülahizələri etməyəcək. O, deyib: Xain Ərəbistan və əmirliklərin dövlətləri bilsinlər ki, İran İslam Respublikasının səbri tükənib və İran daha onların təkfirçi qruplara verdikləri gizli dəstəklərə dözməyəcəkdir.

Fevralın 13-ü günü gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürübdür.

 

 

 

 

Teqlər

Şərhlər