Feb 18, 2019 16:22 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri şərqi Azərbaycan əhalisinin bir qrupu ilə görüşüblər
    İslam inqilabının böyük rəhbəri şərqi Azərbaycan əhalisinin bir qrupu ilə görüşüblər

islam inqilabının böyük rəhbəri şərqi Azərbaycan əhalisinin bir qrupu ilə görüşüblər.

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər şərqi Azərbaycan ostanının əhalisindən ibarət bir qrup ilə görüşündə İran xalqının 22 bəhmən yürüşlərindəki böyük təşəbbüsünə görə öz təşəkkürünü bildirərək İran İslam Respubilikası quruluşunun ən yaxşı şəraitdə, ABŞ başda olmaqla zalımlar cəbhəsinin isə ən zəif durumda olduğunu bildirərək deyiblər: Xalq xüsusiylə də gənclər , eləcə də vəzifəli şəxslər vaxtı düzgün qiymətləndirmək və vaxtlı-vaxtında təşəbbüs göstrərməklə ölkənin problemlərinin həlli istiqamətində mövcud bir çox potensiallardan istifadə etməlidirlər. 

Həzrət Ayətullahül-üzma Xamenei ölkənin təhlükəsizliyi və sərhədlərinin keşiyində duranlardan bir qrupunun şəhid edilməsinə toxunaraq bildiriblər: Bu şəhadətlər bizi ayıq salmalı və ölkənin təhlükəsizliyinin, ölkənin ən yaxşı gənclərinin qanı bahasına əldə olunduğuna diqqətimizi çəkməlidir. Hamımız bu canfəşanlıqların qədrini bilməliyik.

İslam inqilabının böyük rəhbəri ölkənin  və 22 bəhmən möhtəşəm yürüşlərinin təhlükəsizliyinin və ölkənin milli izzətinin təmininin Sepahda, orduda və hüquq-mühafizə qüvvələrindəki təhlükəsizlik mühafizəçilərinə borclu olduğunu bildiriblər. 

Həzrət Ayətullahül-üzma Xamenei həmçinin şəhid yetişdirən İsfahan əhalisinin təhlükəsizliyi mühafizə şəhidlərinin dəfn mərasimindəki möhtəşəm və heytərləndirici iştirakını yüksək qiymətləndirərək bildiriblər: İsfahan əhalisi həmişə islam inqilabı və hərəkatının öncülləri sırasında olublar və indi də belədir. 

İslam inqilabının böyük rəhbəri 1356-cı il 29 bəhmən Təbriz əhalisinin qiyamını həqiqi yəumullah adlandıraraq Təbriz və Azərbaycan əhalisinin inqilabın önəmli hadisələrindəki öncüllüyü və inqilabçı fəaliyyətinə toxunaraq bildiriblər: Bu xalq qiyamı iki əsas özəlliyə malik idi: Birinci vaxtı düzgün qiymətləndirmək, ikincisi isə vaxtlı-vaxtında təşəbbüs göstərmək. 

İslam inqilabının böyük rəhbəri Azərbaycan əhalisinin inqilabın ikinci addımında da öncəki mərhələlərdə olduğu kimi öncül olmalarını vurğulayaraq bildiriblər: Bu gün İran İslam Respublikası fürsət və şərait, təşəbbüs və hərəkət zamanı baxımından ən yaxşı durumdadır. 

 

Şərhlər