Feb 19, 2019 16:46 Asia/Baku
  • General Pakpour: Sistan və Bəluçestanda hücum amili və terror dəstəsinin ünsürlərindən ikisi pakistanlı olub
    General Pakpour: Sistan və Bəluçestanda hücum amili və terror dəstəsinin ünsürlərindən ikisi pakistanlı olub

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı Sistan və Bəluçestan terror hücumu amillərinin məxfi evlərinin məhv edilməsi və bu amillərin həbs olunmaları əməliyyatının detallarını şərh edərək, deyib ki, kamikadze əməliyyatının amili və bu hücumun terror dəstəsinin ünsürlərindən ikisi pakistanlı olubdur.

Briqada generalı pasdar Mohəmməd Pakpour bu gün Tehranda Sistan və Bəluçestan terror hücumu şəhidlərinin anım mərasimində müxbirlər qarşısında deyib: İranın kəşfiyyat və əməliyyat qüvvələri partlayış avtomobilinin mahiyyətini aşkar edəndən sonra bu avtomobili himayə edən dəstənin məhv edilməsi və bu amillərin həbs olunmaları əməliyyatına başladılar.

General Pakpour əlavə edib: İranın təhlükəsizlik qüvvələri bu əməliyyatda bir terrorçu qadını aşkar və həbs etməkdən əlavə, həmin hücumun digər ünsürlərini də aşkar ediblər ki, bu ünsürlərdən ikisi pakistanıdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı bildirib ki, İran sərhədçilərini daşıyan avtobusa hücumun kamikadze amili Hafiz Muhəmməd Əli adlı bir pakistanlı şəxsdir. O, deyib: Bu hücum ünsürlərindən digər üç nəfər də Sistan və Bəluçestan məntəqəsindən olubdur ki, onların ikisi həbs olunub, bir nəfər isə qaçıbdır.

General Pakpour vurğulayıb: Olduqca çoxlu sayda hərbi sursat və hərbi təchizata malik olan bu terror bandası 22 bəhməndə terror hücumları həyata keçirmək niyyətində olubdur ki, o zaman müvəffəq olmayıbdır.

Teqlər

Şərhlər