Feb 20, 2019 08:30 Asia/Baku
  • General Səfəvi: Pakistan bilsin ki, səud hökuməti davamlı deyil
    General Səfəvi: Pakistan bilsin ki, səud hökuməti davamlı deyil

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi Pakistan kəşfiyyat təşkilatının terroristlərə dəstək verməsinə toxunaraq, deyib: Pakistanlılar bilsinlər ki, səud hökuməti davamlı deyildir.

General-mayor pasdar Seyyed Yəhya Rəhim Səfəvi dünən İsfahanda deyib: Avropanın 16 araşdırma təşkilatı “Dünya 2030-cu ildə” adlı bir sənəddə bildiribdir ki, 2030-cu ilədək ali-səud dünyada mövcud olmayacaq və İran regionun ən güclü ölkəsi olacaqdır.

General-mayor Səfəvi həmçinin İsfahan şəhərində Sistan və Bəluçestan terror hücumu şəhidlərinin əzəmətli dəfn mərasiminə işarə edərək, deyib: BMT bu əzəmət vasitəsilə terror hərəkətlərinin qarısının alınması üçün bir bəyanat yaymağa məcbur oldu.

Sistan və Bəluçestan terror hücumunun 27 şəhidinin pak cənazəsi şənbə günü İsfahan şəhərində müşayiət olundu.

Bu mərasimin iştirakçıları Sistan və Bəluçestan terror hücumunu pislədilər. Onlar şüarlar verərək, bu şəhidlərin qanlarının intiqamının alınmasını istədilər.

Fevralın 13-ü günü gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürübdür.

“Ceyşulzulm” terror qruplaşması son bir neçə ildə Pakistan ərazisindən terror əməliyyatları həyata keçirərək, İranın Sistan və Bəluçestan vilayətinin sərhəd məntəqələrində İran İslam Respublikasının vətəndaşları və sərhədçilərindən bir qrupunu şəhid edibdir.

 

 

Teqlər

Şərhlər