Feb 20, 2019 09:38 Asia/Baku
  • Səccadpour: İranın təhlükəsizliyi heç bir ölkədən asılı deyil
    Səccadpour: İranın təhlükəsizliyi heç bir ölkədən asılı deyil

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri vurğulayıb ki, İran İslam Respublikasının təhlükəsizliyi heç bir ölkədən asılı deyil. O, deyib ki, İran xalqı İslam İnqilabının ideallarından heç vaxt geri çəkilməyəcəkdir.

Səid Səccadpour dünən gecə “Russia Əlyəum” telekanalı ilə müsahibədə İran mövzusunun daima ərazi bütövlüyünün qorunmasına və inqilab dəyərlərinin müdafiə edilməsinə söykəndiyini bildirib. O, deyib: İran regionun yeganə ölkəsidir ki, heç bir hərbi bloka üzv deyildir.

“Düşmənlər terror hərəkətləri ilə İranın təhlükəsizliyi və maraqlarını hədəfə alıblar və bu məsələ heç vaxt cavabsız qalmayacaqdır” deyən Səccadpour vurğulayıb ki, İran İslam Respublikası hər hansı bir təhdidlə mübarizə üçün kifayət qədər gücə malikdir.

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri anti-İran Varşava konfransına da toxunub. Bildirib ki, bu konfransın əsas məqsədi, Fələstin məsələsinin kənara qoyulması olubdur.

Polşanın paytaxtı Varşava çərşənbə və cümə axşamı günləri ABŞ və müttəfiqlərinin meydan sulamaları ilə “Yaxın Şərqdə sülh və təhlükəsizliyin gələcəyi” adlı anti-İran konfransının şahidi oldu.

 

 

Teqlər

Şərhlər