Feb 20, 2019 11:13 Asia/Baku
  • Laricani: Heç bir ölkə İran-Çin əlaqələrinə xələl gətirə bilməz
    Laricani: Heç bir ölkə İran-Çin əlaqələrinə xələl gətirə bilməz

İran İslam Şurası Məclisinin sədri düşmənlərin İran-Çin əlaqələrini pozmaq üzrə fitnələrin əsərsiz adlandırıb.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Pekində İran-Çin parlament dostluğu qrupunun çinli həmsədri Li Tszue Yun ilə görüşdə çinlilərin qonaqpərvərliklərinə görə təşəkkür edib. Bildirib ki, iki ölkənin dostluq əlaqələrinin iki min ildən çox tarixi var.

İran-Çin parlament dostluğu qrupunun çinli həmsədri Li Tszue Yun da deyib ki, İran-Çin parlament dostluğu qrupunda Çin parlamentinin bütün komissiyalarının nümayəndələri iştirak edirlər ki, bu da İranla əlaqələrin önəmindən xəbər verir.

Bu görüşdə iştirak edən bəzi çinli universitet müəllimi və mütəfəkkiri nüvə anlaşması, həmçinin Tehran ilə Pekin arasında neft və iqtisadi əlaqələr barədə öz baxışını açıqlayıb.

İran İslam Şurası Məclisinin sədri Çin xalq konqresinin sədri Li Tszyan Sunun dəvəti ilə bir nümayəndə heyəti ilə dünən Pekinə səfər edibdir.

 

 

 

 

Teqlər

Şərhlər