Feb 21, 2019 10:30 Asia/Baku
  • Fransa xarici işlər naziri: Amerika beynəlxalq arenada təcrid olubdur

Fransa xarici işlər naziri Ağ Ev-in Münhen təhlükəsizlik konfransındakı məğlubiyyətinə reaksiya verib. Deyib ki, Amerika dövləti beynəlxalq arenada öz müttəfiqləri arasında təcrid olubdur.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian dünən öz twitter səhifəsində Amerika dövlətinin Münhen təhlükəsizlik konfransındakı siyasi təcridinə toxunaraq, yazıb: Hazırda hər zamandakından daha çox Avropanın öz təhlükəsizliyinə zəmanət verə bilməsi zərurət daşıyır.

Fevralın 15-də başlanan 55-ci Münhen təhlükəsizlik konfransı elə bir halda fevralın 17-də başa çatdı ki, Avropa ilə Amerika arasındakı fikir ayrılığı nəzərəçarpacaq dərəcədə artıbdır.

Bu konfransın mühiti bütün ölkələrin Amerikanın xarici siyasəti və Donald Tramp dövləti ilə açıq-aşkar müxalifətlərinin təsiri altında idi.

Bu konfransın əsas cəhətini Amerikanın nüvə anlaşmasından çıxması ilə bağlı avropalıları qane etməyə çalışması hesab etmək olar ki, ekspertlərin etiraflarına görə, bu cəhd bu dəfə də nəticəsiz qalıbdır.

 

 

Teqlər

Şərhlər